AZ

“Neftçi”dən start antirekordu

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

KONKRET.az xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/2024-cü illər mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə – 2007/2008 və 2008/2009-cu illər mövsümlərində ardıcıl startda xal itirib.

Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Seçilən
40
50
konkret.az

10Mənbələr