AZ

ABŞ Zelenski ilə görüşdə ərazilər məsələsini müzakirə etməyi planlaşdırır

Vaşinqton bazar ertəsi Vladimir Zelenski ilə görüşdə Rusiya Federasiyası və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etməyi nəzərdə tutur.

APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN telekanalının efirində bildirib.

“Ukrayna münaqişəsinin həlli üçün əsas məsələ – bu, ərazilərin mübadiləsidir. Biz bunu bazar ertəsi müzakirə etməyi planlaşdırırıq. Ümid edirəm ki, bu məsələdə müəyyən aydınlıq əldə edəcəyik və ümid edirəm ki, bu, çox tezliklə sülh sazişi ilə nəticələnəcək”, – deyə o, bildirib.

Seçilən
27
50
apa.az

10Mənbələr