AZ

İxtisas seçimi mərhələsi abituriyentlər üçün ən gərgin və çətin mərhələdir - AKTUAL

İxtisas seçimi mərhələsi abituriyentlər üçün ən gərgin və çətin mərhələdir.

Gələcəkdə bu seçimin, gənclərin həyatında müsbət rolunun təmin edilməsi üçün nələrə diqqət
etmək lazımdır?

Öncəliklə, ailə motivindən bəhs etmək yerinə düşər. Ümumiyyətlə, bir fərdin həyatının,
taleyinin istiqamətlənməyə başladığı ilk mühit ailədir. Kiçik yaşlardan maraqların nəzərə
alınması, valideynlərin övladlarının hansı sahədə potensiallı olduğunu fərq etməsi çox
vacibdir. Yanlış və zorakı idarəçilik müsbət nəticələnə bilməz. Mental dəyərlərin bəzi
yazılmayan və əslində yanlış olan qərarların müdaxiləsi ilə bu günə qədər milyonlarla insan
öz istədiyi, arzusunda olduğu mövqeyə çata bilməyib. Uğur, istək və əzm sayəsində mümkün
ola bilər, məcburiyyət deyil. İlkin mərhələdə də seçim azadlığının olduğunu daha erkən
yaşlardan təlqin etmək lazımdır. Sonra isə, sosial inteqrasiya bu sahədə öz təsirini biruzə verir.
Orta məktəblərdə peşəyönümlü bələdçiliyin təmin olunması zənnimcə olduqca vacibdir.
Məsələn, çox sadə bir misal, humanitar sahədə ixtisaslaşmaq istəyən bir şagirdə fizikanın
incəlikləri maraqlı deyil. İlkin riyazi bacarıqlar, onsuz da ibtidai sinifdən buraxılış imtahanına
kimi və zərurət çərçivəsində tədris olunur. 10-11 ci siniflər üçün isə proqram dəyişikliyi
abituriyenlərin maraqları çərçivəsində olmalıdır. Təhsilini müəllim və valideyn diktəsi ilə
kimya sahəsində davam etdirən və müəyyən yaşdan sonra isə əslində humanitar ixtisaslara
marağını kəşf edən biri vaxtının bu günə kimi nə qədər boş və mənasız yerə sərf olunduğu
üçün nə qədər heyfsilənsə də bir xeyri olmayacaq. Burada, kimyanın boş və mənasızlığını
nəzərdə tutmuram. Hər bir sahə çox vacib və zəruridir, hətta onların birində hiss olunan cüzi
boşluq belə gözlə görünən mənfi nəticlərə yol açır. Lakın, fərdlər ixtsaslaşdığı sahəyə
həvəssiz və məcburi yanaşsa, uğurlu yoldan söhbət gedə bilməz. Bəzən təhsildə istiqamətin
təsadüfiləşməsinin şahidi oluruq. İmtahandan toplanan yekun bal hansı ixtisasa kifayət edirsə
onu seçim edirlər. Bu mərhələdə, mentalitet də prosesə daxil olur. Qızlar müəllimə olsa daha
yaxşıdır, oğlanlar isə mühəndis. Şəxsi təcrübəmdən çıxış edərək onu qeyd edə bilərəm ki,
ixtisas seçimimdə gələcəyimi, istəyimi nəzərə alan təhsil ekspertinin rolunu dana bilmərəm.
Yadımdadır, seçimi etməzdən əvvəl mənə ünvanladığı suallar, yalnız gələcədə hansı sahədə
özümü daha çox inkişaf etdirə biləcəyim idi. Təbii ki, jurnalistika. Bu seçim sayəsində
vaxtımı boşa bir dəqiqə belə sərf etmədən, yorulmadan çalışa bilirəm. Səbəb isə maraq və
məqsədlərimdir. Bu yanaşma, hər kəsə şamil olunur. Bir ölkənin siyasi, iqtisadi, sosial inkişafı
onun həmin sahələrdə çalışan kadrların fəallığından asılıdır. İxtisaslaşmanın nə qədər vacib
olduğunu inkişaf səviyyəsindən aydın görmək mümkündür. Çünki, ixtisas seçimində
yanılmalar peşəkarlığa kölgə salır. Təbii ki, alternativ yol kimi peşə dəyişmə, ikinci ixtisas,
əlavə kurslarla gələcəkdə istənilən sahəyə yönəlmək mümkündür. Lakin, pərakəndəlik, vaxt
itkisi, həvəs, yaş faktorları nəzərə alınmalıdır. Daha enerjili olduğumuz illəri, gəncliyi yanlış
bir seçim uğruna, boşuna sərf etməyə dəyməz. Yanlış seçimin səbəb olduğu mənfi nəticələrin
aradan qaldırılması məqsədilə, erkən yaş dövründən ailədə, sonra təhsil ocaqlarında, şəxsi
bacarıqların üzə çıxarılması və bu sahədə inkişafa istiqamətlənmə vacibdir. Həmçinin, bu
istiqamətlənmə dövründə bacarıq, maraq və real bazar ehtiyacları uyğunlaşdırılmalıdır. Tədris
prosesi və gələcəkdə fəaliyyət göstəriləcək ixtisas seçimi elə aparılmalıdır ki, işə qəbul
zamanı, motivasiyanız nədir” sualına cavab vermək mümkün olsun. Çünki, real vəziyyətə
nəzər salsaq görərik ki, heç kəs tək məqsədi yüksək maaş olan, şəxsi və peşəkar inkişafa zərrə
maraq göstərməyən biri ilə işləmək istəməz.

Nizami Gəncəvinin nəsihəti yerinə düşər :

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yanmçıq papaqçılıqdan
Məndən söyləməkdir, səndən eşitmək
Bir insan əliboş gəzməsin gərək

NURAY SƏXAVƏT, 
Bakı Slavyan Universitetinin, 
jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi
Seçilən
22
50
sherg.az

10Mənbələr