AZ

Qəzzada əməliyyatın yeni mərhələsi tezliklə başlayacaq - İsrail Baş Qərargah rəisi

Bakı. Trend:

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzzazolağına səfəri zamanı bildirib ki, "Qideonun döyüş arabaları"əməliyyatı yaxın gələcəkdə yeni mərhələyə keçəcək.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşrixəbər verib.

"Biz tezliklə "Qideonun döyüş arabaları" əməliyyatının yenimərhələsinə keçəcəyik və bu müddət ərzində HƏMAS məğlub olana qədərQəzza şəhərində qruplaşmaya dəyən zərəri artırmağa davam edəcəyik",- deyə o bildirib.

O izah edib ki, hərbçilər səylərini şəhərə nəzarəti ələkeçirməyə yönəldəcəklər.

Onun sözlərinə görə, ötən may ayında Qideonun döyüş arabalarıəməliyyatı başlayandan sonra HƏMAS ciddi zərbə alıb və bəziimkanlarını itirib.

Seçilən
38
45
az.trend.az

10Mənbələr