Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi sənayə üsulu ilə hazırlanmış xüsusi tərkibli qidalar, aksessuarlar və qulluq preparatlarının satınalınmasını planlaşdırır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, alınacaq məhsullar arasında itlər üçün quru yem, balaca itlər üçün quru yem, masaj üçün əlcək, qaytan iplik (10 m-lik), xalta dəri tutacaqlı (22 sm), itlər üçün ağızlıq (dəmir, böyük) və digər zəruri aksessuarlar yer alır.
Layihənin ehtimal olunan dəyəri 163.981,83 AZN təşkil edir.