AZ

Dəmir, şüşə yığaraq satan ananın 12 yaşlı övladının müavinəti kəsildi – VİDEO

Özünün bircə balasını böyütmək üçün dəmir yığır, şüşə satır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Ramana qəsəbəsində yaşayan, Biləsuvar sakini Gülnarə Əliyeva 12 yaşlı Qismət Şirinlini anadangəlmə xəstəlikdən sağaltmaq üçün mübarizə aparır. Valideynin sözlərinə görə, əlilliyə görə aldıqları müavinət də dayandırılıb.

Qismətin atası da rəhmətə gedib. Gülnarə Əliyeva deyir ki, oğlumdan başqa heç kimim yoxdur. Qismətə 3 il sonra böyrək köçürülməlidir, mən ona qədər uşağımı yaşatmalıyam.

Anasının sözlərinə görə, Qismət danışa da bilmir. Böyrək xəstəliyi, ard-arda keçirdiyi sancılar onun dilini də açılmağa qoymayıb.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin şöbə müdiri Tural Qurbanov “Xəzər Xəbər”ə bildirdi ki, Qismət Şirinli ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişində ekspertiza üçün əhəmiyyətli məlumatlar yetərli deyildi. Buna görə də elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Elə bu səbəbdən də vətəndaş bu ayın 18-də agentliyə əyani müayinəyə dəvət edilib. Yalnız bu prosedurdan sonra qanunvericiliyə uyğun olaraq əlilliyi ilə bağlı müvafiq qərar veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
50
nocomment.az

10Mənbələr