AZ

Ozobiç “200”ə çatdı

Misli premyer-liqasının 2025/26 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki,“Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi premyer-liqada 200-cü oyununu keçirib. Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip premyer-kiqada 2016/17 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudu.

Seçilən
28
26
football-plus.az

10Mənbələr