AZ

Emin Mahmudov: “Etdiyim jest dinlə bağlıdır”

“Neftçi”nin kapitanı Emin Mahmudov ötən gün Misli Premyer Liqasının 1-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyunda (1:1) qol vurduqdan sonra etdiyi jesti ilə gündəmə gəlib.

İdman.biz QOL.az-a istinadən xəbər verir ki, o, Polşada keçirilən təlim-məşq toplanışı zamanı “Hapoel”ə qarşı yoxlama oyununda da sol əlini havaya qaldıraraq eyni jesti etmişdi.

"Şamaxı" ilə dünənki oyundan sonra jurnalistlərin suallarını cavablandıran Mahmudov jestinin hansı mənanı verdiyi barədə danışıb: “Bu, dinlə bağlıdır. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm. Bu jesti edən başqa futbolçular da var”.

İdman.biz

Seçilən
27
5
idman.biz

10Mənbələr