Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Karvan-Yevlax"a qarşı matç gözəl və maraqlı alındı. Həm biz, həm də rəqib istəkli idi. Qalib gəlmək üçün şansımız çox oldu. Sadəcə dəyərləndirə bilmədik. Lakin ilk oyun olduğu üçün bəzi çətinliklər var idi. Hər halda, bir xal qazandıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin kapitanı Murad Musayev deyib.
O, komandasının ilk turda(1:1) Yevlax təmsilçisi ilə görüşdə bərabərə qalmasına şərh verib. Onun sözlərinə görə, 2025/2026 mövsümü ağır alınacaq:
"Bütün komandalar güclənib. Bu mənada, mövsümün çox çətin olacağını demək olar. Yetərincə güclü, keyfiyyətli futbolçular var. Bizim əsas məqsədimiz mübariz komanda formalaşadırmaqdır. Çox çalışacağıq. Premyer Liqadakı yerimizi qoruyub-saxlamaq üçün mübarizə aparacağıq".
Mövsümün ilk avtoqoluna səbəb olan Musayev, “Karvan-Yevlax”la görüşdəki epizodu bu cür xatırlayıb: "Futbolda bu cür hallar olur. Çox üzüldüm ki, top sonda mənə dəyərək qapıya daxil oldu. Çünki heç gözləmirdim. Mən topu ayağıma dəyəndə gördüm. Topu qapıdan çıxara bilməməyimə görə, çox üzüldüm. Qismət. Qarşıdakı matçlarda daha diqqətli olmaq lazımdır".
“Qəbələ” Misli Premyer Liqasının 2-ci turunda "Zirə" qarşısına çıxacaq. Bölgə klubunun kapitanı sabiq komandasına qarşı keçiriləcək görüşdən gözləntilərini bildirib: “Zirə” çox keyfiyyətli və heyətində usta futbolçuları olan komandadır. Onlar oturuşmuş heyətə malikdir. Bizi çox ağır, gərgin matç gözləyir. Çox çalışmalı və sona qədər döyüşməliyik”.
Mirbağırağa
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.