AZ

Rəqsanənin həbsinin təfərrüatı məlum oldu

Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub. 

“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, o, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.

Həmin iş adamının yaxınlarının Rəqsanə İmsayılovaya 520 min dollar pul verdiyi deyilir. 

Məlumata görə, müğənni bu pulla Rusiyada həbsə olan iş adamını azadlığa buraxdıracağına söz verib.

Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Seçilən
55
7
qafqazinfo.az

10Mənbələr