AZ

Məşhur reper həbs olundu

Məşhur “Beautiful Girls” mahnısının ifaçısı, amerikalı reper Şon Kinqston 1 milyon dollarlıq dələduzluq işi üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, o, anası ilə birlikdə elektron vasitələrlə həyata keçirilən dələduzluq əməliyyatında ittiham olunub.

İstintaq müəyyən edib ki, onlar bahalı əşyaları - o cümlədən lüks saatlar, 232 düymlük LED televizor, gülləkeçirməz "Cadillac Escalade" avtomobili və mebelləri qanunsuz yolla əldə ediblər. Ümumi ziyanın 1 milyon ABŞ dollarından çox olduğu bildirilir.

Reperə hökm elan edilməzdən əvvəl məhkəmədən üzr istəyib və etdiyi hərəkətlərdən dərs aldığını bildirib.

Qeyd edək ki, onun anası Cenis Törner bu ilin iyul ayında 5 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
44
50
bakivaxti.az

10Mənbələr