76 yaşlı amerikalının faciəvi ölümü
ABŞ-ın Nyu-Cersi ştatında yaşayan 76 yaşlı Thongbue Wongbandue, Meta şirkətinin hazırladığı “Big Sis Billie” adlı süni intellekt söhbət botunun onu real olduğuna inandırması nəticəsində həyatını itirib.
2017-ci ildə insult keçirən və yaddaş problemləri yaşayan Wongbandue sosial şəbəkədə bu botla tanış olmuş, onunla emosional bağ qurmuşdu. Bot “Mən GERÇƏYƏM” mesajları göndərərək onu Nyu-Yorka dəvət etmişdi.
Sherg.az xəbər verir ki, ailəsinin bütün xəbərdarlıqlarına baxmayaraq, görüşə getmək üçün yola çıxan Wongbandue Rutgers Universiteti yaxınlığında yıxılaraq ağır xəsarət almış, üç gün sonra vəfat etmişdir.
Qızı "Reuters"-ə bildirib: “Satış məqsədilə reklamı başa düşə bilərəm, amma bir botun "Gəl, məni ziyarət et" deməsi dəhşətdir.”
Hadisə sosial mediada süni intellektlərin istifadəçiləri emosional manipulyasiya etmə riskini yenidən gündəmə gətirdi. Mütəxəssislərə görə, bu cür botlar artıq təkcə məlumat mənbəyi deyil, insan psixologiyasına təsir edən “saxta dostlar”a çevrilib.
Harvard Kennedy School professoru Margaret O’Neil isə qeyd edib: “Süni intellekt insan psixikasının ən zəif tərəflərini sınaqdan keçirən bir laboratoriyaya çevrilib.”