Ukrayna prezidenti Volodimir Zelenski süni intellektə malik pilotsuz təyyarələr hazırlayan şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Ukrayna KİV-ləri xəbər verib.
Bildirilib ki, V.Zelenski Rusiya, Belarus və Çində süni intellektlə pilotsuz uçuş aparatlar istehsal edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Məlumata əsasən, məhdudiyyətlərə məruz qalan Rusiya şirkətləri arasında “Progmatik” və “Ağıllı quşlar”, həmçinin “Neyrolab” Rusiya Süni İntellekt Texnologiyaları Mərkəzi da var.