Kişi voleybolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində Avstriyaya məğlub olub.
"Football-plus.az" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda rəqibinə müqavimət göstərə bilməyib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə qonaqlar inamlı qələbə qazanıblar - 3:0 (25:13, 25:12, 25:18).
Xatırladaq ki, yığmamız daha əvvəl iki oyunda Belçikaya və bir matçda Avstriyaya 0:3 hesabı ilə uduzub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta