AZ

Toydan qayıdan mikroavtobus aşıb: Xəsarət alanlar var

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində beşi uşaq olmaqla 15 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb. Məlumata görə, ötən gecə 56 AAL 864 dövlət nömrə nişanlı mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Qəza nəticəsində beşi uşaq olmaqla ümumilikdə 15 nəfər xəsarət alıb. Xəbər verildikdən sonra hadisə yerinə tibb və jandarma qrupları sövq edilib. Yaralılar müalicə olunmaq üçün Pervari Dövlət Xəstəxanasına və Siğirt Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
46
5
Ajans.az

10Mənbələr