AZ

İndoneziyada baş verən zəlzələdə 30-a yaxın insan xəsarət alıb

İndoneziyanın mərkəzi Sulavesi adasında bazar günü səhər saatlarında baş verən 6,0 bal gücündə zəlzələ nəticəsində onlarla insan xəsarət alıb.

Bakues.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması Agentliyi bildirib.

Agentliyin açıqlamasında 29 nəfərin yaralandığı, ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, İndoneziya Yer qabığının müxtəlif təbəqələrinin bir-birinə toxunduğu və çoxlu sayda zəlzələlərə səbəb olduğu yüksək seysmik aktivlik zonası olan Sakit Okean Halqası adlanan ərazidə yerləşir.

Seçilən
43
13
icma.az

10Mənbələr