AZ

"Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri bəlli olub.

İdman.biz xəbər verir ki, Macarıstanda keçiriləcək ilk görüş Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyruya Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Klaudiu Filipe Ruivo Pereyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman.biz

Seçilən
20
50
idman.biz

10Mənbələr