AZ

İsraillilər Brüsseldə nümayiş keçiriblər: Qəzza keçidlərini açın, müharibəni dayandırın!

  Brüsselin mərkəzi küçələrində rəqs festivalı keçirilir. Həftəsonu Pivə Muzeyinin pilləkənlərində bir DJ podiumda oynayır.

Referans xəbər verir ki, "Report"un Avropa bürosunun məlumatına görə, muzeyin qarşısındakı meydanda keçirilən səssiz nümayiş rəqs üçün əlverişli olmayıb.

Asfaltın üzərinə düzülən boş qab-qacaqlar humanitar böhranı və qida, su, dərman və digər zəruri əşyaları ala bilməyən anklav əhalisinin iztirablarını simvolizə edir.

Müxtəlif yaşlardan və sosial qruplardan olan kişilər və qadınlar əllərində plakatlarla meydanda dolaşıblar. Onları İsrail vətəndaşlığı və Qəzza zolağında baş verənlərə münasibət birləşdirir. Plakatlarda Qəzzaya, Rəfaha və digər istiqamətlərə keçid məntəqələrinin açılması, İsrailin dayandırılması və s. çağırışlar yer alıb.

"İlk dəfədir ki, israilli olduğum üçün utanıram, əvvəllər həmişə bununla fəxr edirdim. Amma indi haradan olduğumu soruşanda özümü narahat hiss edirəm. Cavab verəndə isə ətrafımda gərginlik hiss edirəm", - adını açıqlamayan nümayişçilərdən biri deyib.

 
 
   

Seçilən
6
30
referans.az

10Mənbələr