
İsrailin Qəzzaya hücumları nəticəsində daha 23 nəfər dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslərdən 7-i xəstəxanaların həyətində tibbi yardım almaq üçün gözləyərkən qətlə yetirilib. Həmçinin, daha 6 nəfər Rəfahın şimalında humanitar yardım gözləyərkən həyata keçirilən hücumlarda həyatını itirib.