Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Juan Pedru da Silva Pineyruya yan xətt hakimləri qismində Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya yardımçı olacaq.
Klaudiu Filipe Ruivo Pereyra dördüncü hakim, Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.
İsveçli Stefan Yohannesson hakim-inspektor, gürcüstanlı İrakli Nakaidze UEFA nümayəndəsi təyin olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta