AZ

Putin və Trampın Alyaskadakı görüşü məhsuldar keçib - Rubio

BAKI, TurkicWorld, Səməd Əyyubov

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada baş tutan sammiti məhsuldar keçib.

TurkicWorld xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər.

Sammitdən sonra Vaşinqtona qayıdan Tramp ardıcıl olaraq Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa liderləri, NATO baş katibi və Avropa Komissiyasının rəhbəri ilə telefon danışıqları aparıb.

Zelenski bazar ertəsi Vaşinqtonda Tramp ilə münaqişənin başa çatdırılması ilə bağlı detalları müzakirə edəcəyini bildirib. "The New York Times" nəşri yazır ki, Tramp Avropa liderlərini də Zelenski ilə keçirəcəyi görüşə qoşulmağa dəvət edib.

Seçilən
69
44
turkic.world

10Mənbələr