Rusiya müharibənin 1271-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 77 959 PUA-sı, 625 zenit-raket kompleksi, 24 618 tank və digər zirehli texnikası, 1 586 reaktiv yaylım atəş sistemi, 28 625 artilleriya və minaatanı, 39 813 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.