AZ

NATO baş katibi Zelenskiyə dəstək üçün Vaşinqtona gedəcək

Ajans.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp ilə sıx münasibətləri olan Rutte Vaşinqtona səfər edərək Zelenskiyə dəstək göstərməyi planlaşdırır. Avropa liderləri Zelenskinin 28 fevralda Ağ Evdə Tramp ilə keçirdiyi və onun üçün “faciəvi” olaraq qiymətləndirilən ilk görüşün təkrarlanmasından narahatdırlar.

Avropada bəzi siyasətçilər Zelenskiyə sülh danışıqlarında könüllü iştirak etməyi tövsiyə ediblər ki, fevralda Ağ Evdə baş verən xoşagəlməz vəziyyət təkrarlanmasın.

Seçilən
73
9
Ajans.az

10Mənbələr