Qadınlardan ibarət millimiz işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər edib.
"Football-plus.az" xəbər verir ki, onlar səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olub.
Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçiriblər. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzü də ziyarət edib.
Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etmək olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta