Payız dəyişikliklərin və yenilənmələrin fəsilidir. 2025-ci ilin payızı isə sadəcə təbiətin deyil, astroloji enerjilərin də güclü dəyişimlər gətirdiyi bir dövr olacaq. Bu mövsümdə Ay və Günəş tutulmaları, retrograd planetlər və əsas planetlərin bürc dəyişiklikləri həyatımızda emosional dönüşümlərə, ruhsal oyanışlara və praktiki dəyişikliklərə yol aça bilər.
Bu astroloji təqvimi sizə qarşıdakı aylarda nələrə diqqət etməli, nə zaman hərəkətə keçməli, nə zaman dayanıb düşünməli olduğunuzu göstərmək üçün hazırlayıram.
Bəs sizi bu payız nələr gözləyir?
Əsas astroloji hadisələr (sentyabr - noyabr 2025)
17 sentyabr - Balıqlarda Ay tutulması: Duyğular üzə çıxır
Bu tarixdə dərin duyğular və gizli qalan məsələlər üzə çıxa bilər. İntrospeksiya və bağışlama üçün uyğun zamandır. Yuxular və intuisiya güclənəcək.
29 sentyabr - Merkuri Tərəzidə birbaşa hərəkətə keçir: Sözlərə aydınlıq gəlir
Merkurinin düz hərəkətə keçməsi ilə ünsiyyətdə tıxanmış yollar açılır. Razılaşmalar, yazışmalar və imzalanacaq sənədlər üçün əlverişli zamandır.
6 oktyabr - Venera Qız bürcünə keçir: Münasibətlərdə detallara diqqət
Bu keçid münasibətlərdə səliqə, nəzakət və qarşılıqlı anlayışı artırır. Emosiyaların praktik ifadəsi və münasibətlərin strukturlaşdırılması ön plana çıxacaq.
28 oktyabr - Əqrəbdə Günəş tutulması: Yenidən doğulmağa hazırsan?
Bu tutulma həyatın bəzi sahələrində köklü transformasiyalara səbəb ola bilər. Keçmişlə vidalaşmaq və yeni bir enerji ilə yola davam etmək üçün ideal zamandır.
5 noyabr - Saturn düz hərəkətə keçir: Ciddiləşmək zamanıdır
Saturnun irəli hərəkətə başlaması məsuliyyətləri qəbul etməyə, planları həyata keçirməyə və möhkəm təməl üzərində irəliləməyə dəvət edir.