AZ

Çin ilk dəfə böyük sualtı pilotsuz aparatını nümayiş etdirdi

Çin Yaponiya üzərində qələbə günü münasibətilə keçirilən paradda ilk dəfə olaraq “AJX-002” adlı böyük pilotsuz sualtı aparatını nümayiş etdirilib.

Bakues.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Beynəlxalq analitiklər Çinin Rusiyanın “Poseydon” nüvə sualtı dronuna bənzər bir texnologiya yaratmağa çalışdığını hesab edirlər.

“South China Morning Post” qəzetinin məlumatına görə, “AJX-002” aparatı birdəfəlik nüvə reaktorundan istifadə edərək təxminən 200 saat sərbəst işləyə və saatda 55 km (təxminən 30 dəniz mil) sürətlə hərəkət edə bilir. Bu müddətdən sonra aparat döyüş tapşırığını yerinə yetirmək üçün batareyalara keçir.

Çinli alimlər qeyd edir ki, “AJX-002” Rusiyanın “Poseydon” dronundan fərqlənir.

Paradda Çinin əvvəllər məlumat verilməyən digər silah nümunələrinin də nümayiş etdiriləcəyi gözlənilir.

Seçilən
44
50
icma.az

10Mənbələr