AZ

İrəvan deyib ki, Zəngəzurda heç bir xarici qüvvə yerləşdirilməyəcək

ain.az bildirir, Azpost portalına istinadən.

Cənubi Qafqazda sülh və sabitlik İran üçün əhəmiyyət kəsb edir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Cənubi Qafqaz ölkələri ilə yaxşı münasibətləri var. İran region ölkələri arasında ikitərəfli əməkdaşlığın və sülhün möhkəmlənməsinə kömək edə biləcək istənilən addımı dəstəkləməyə hazırdır.

Bəqai bildirib ki, İran Cənubi Qafqazdakı prosesləri tam ciddi şəkildə izləyir. Heç bir məsələni kiçiltmir və sadələşdirmir. Ölkədə bəzi təhlillərdən və yanlış məlumatların yayımlanmasından çəkinmək lazımdır. Bəzi təhlillər yanlış məlumatlara əsaslanır və İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərin korlanması məqsədini güdə bilər. İran XİN ölkədə yanlış anlaşılmazlığa səbəb ola biləcək ifadələr və terminlərdən istifadə olunmamasını tövsiyə edir.

“İran xarici müdaxilə və regiondan kənar qüvvələrin iştirakını heç bir vəchlə faydalı hesab etmir və bu məsələnin geosiyasi mürəkkəbliyə səbəb olacağı qənaətindədir. Ermənistan rəsmiləri açıq şəkildə qeyd ediblər ki, bu dəmiryolu (red. Zəngəzur) Ermənistan şirkətləri və Ermənistan qanunlarına əsasən qeydiyyatdan keçən bir ABŞ şirkətinin iştirakı ilə bərpa olunacaq və sərhəd boyunca heç bir xarici qüvvə yerləşdirilməyəcək. Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin 12-ci maddəsində Azərbaycan və Ermənistan sərhədləri boyunca heç bir xarici hərbi qüvvənin yerləşdirilməyəcəyi qeyd olunub”, – deyə o qeyd edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
50
azpost.info

10Mənbələr