AZ

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb - YENİLƏNİB

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Geo News kanalının xəbərinə görə, fəlakətin mənfi təsirləri bölgədə hələ də davam edir.

Xayber Paxtunxva əyalətində bir çox ərazi “fəlakət zonası” elan edilib.

Rəsmilər bildiriblər ki, insan itkisinin artmasından narahatdırlar.

***

16 avqust

Saat 12:41

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Hazırda xilasetmə və axtarış tədbirlərinin davam etdiyi bildirilib.

İtkin düşənlərin dəqiq sayı məlum deyil.

Məlumata görə, güclü yağışların avqustun 21-ə kimi davam etməsi gözlənilir.

Pakistanda
Seçilən
6
12
apa.az

2Mənbələr