Prezident İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişaf dinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.