BAKI, 17 avqust. TELEQRAF
Səhər saatlarında İsrailin Qəzzanın sahil bölgələrinə endirdiyi zərbələr nəticəsində 11 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Həlak olanlar arasında humanitar yardım axtaran mülki şəxslər olub", - məlumatda deyilir.