Bu ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 136,9 milyon ton yük və 1187,7 milyon sərnişin daşınıb.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşımaları 2,6 faiz, sərnişin daşımaları isə 5 faiz artıb.
Sərnişin daşımalarında ən böyük pay avtomobil nəqliyyatına məxsus olub. Ümumi sərnişinlərin 88,6 faizi avtomobil, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat vasitələri ilə daşınıb.
Cari ilin ilk yeddi ayında 127,08 milyon sərnişin metrodan istifadə edib.
Metrodan istifadə edən sərnişinlərin sayı aylar üzrə aşağıdakı kimi olub:
Yanvar – 17,92 milyon nəfər
Yanvar-fevral – 34,87 milyon nəfər
Yanvar-mart – 52,88 milyon nəfər
Yanvar-aprel – 73,22 milyon nəfər
Yanvar-may – 94,33 milyon nəfər
Yanvar-iyun – 111,05 milyon nəfər
Yanvar-iyul – 127,08 milyon nəfər