İsrailin Müdafiə Ordusu avqustun 17-dən etibarən Qəzza zolağına yenidən çadırların və digər müvəqqəti yaşayış ləvazimatlarının daxil olmasına icazə verəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi Avixay Edri “X” sosial şəbəkəsində xəbər verib.
“Bazar günündən etibarən BMT və beynəlxalq humanitar təşkilatların dəstəyi ilə “Kerem Şalom” nəzarət-buraxılış məntəqəsi vasitəsilə yenidən Qəzzaya çadırlar və digər müvəqqəti yaşayış ləvazimatları buraxılacaq”, - Edri yazıb.
Ordu nümayəndəsi qeyd edib ki, qərar Qəzzanın mülki əhalisinin döyüş bölgələrindən anklavın cənubundakı humanitar zonalara köçürülməsinə hazırlıq çərçivəsində qəbul olunub. Edri vurğulayıb ki, zolağa gətirilən bütün çadırlar və bu cür digər təchizat İsrail sərhədçiləri tərəfindən diqqətlə yoxlanılacaq.