Fransa Ukraynanın demilitarizasiyasının əleyhinədir və onun ordusunun gücləndirilməsi təhlükəsizliyin təminatlarından biri olmalıdır.
Bunu “La Tribune Dimanche” qəzetinə müsahibəsində Fransanın Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə nümayəndə Benjamin Haddad deyib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli ilə bağlı hansı razılaşma olursa-olsun, “burada Kiyev üçün aydın təhlükəsizlik təminatları daxil edilməlidir”: "Biz britaniyalı tərəfdaşlarımız və "könüllülər koalisiyası" ilə birlikdə təhlükəsizlik zəmanətləri hazırlayırıq. Bu, ilk növbədə, güclü Ukrayna ordusunun olmasını tələb edəcək, ona görə də Ukraynanın "demilitarizasiyası" ilə bağlı istənilən niyyətlər qəbuledilməzdir".
Fransa rəsmisi bildirib ki, Kiyevə kömək etmək istəyənlərin koalisiyasına daxil olan ölkələr “bu təminatların təmin edilməsində aparıcı rol oynamağa hazırdır”. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp "qeyd edib ki, o, ABŞ-ın bu zəmanətlərin həyata keçirilməsində iştirak ideyasını dəstəkləyir".