UEFA Avropa Liqasının pley-offunda "Samsunspor" 21 avqust Bakı vaxtı ilə saat 22:00-da Yunanıstanda "Panatinaikos" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Türkiyə klubu matça Mustafa Kamal Atatürk detallı forma ilə çıxmaq istəyir. "Yol göstərən bir cüt göz" sloqanı ilə hazırlanmış və Atatürkün gözlərinin əksini tapdığı formanın geyinilməsinə yunanlar razı deyil.
Yunan mətbuatından "Sport-fm"in yaydığı məlumata görə, "Panatinaikos" sözügedən formadan istifadə edilməməsi üçün UEFA-yaxşı müraciət etməyi planlaşdırır. Klub "Samsunspor"un bu hərəkətinin təxribatçı olduğunu düşünür.