BAKI, 17 avqust. TELEQRAF
Macarıstanın xarici işlər naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrova zəng edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Diplomatlar Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrini müzakirə ediblər .
Nazirlər Moskva və Budapeşt arasında qarşılıqlı fəaliyyətin praktiki istiqamətləri və ikitərəfli siyasi təmasların qrafiki ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskada görüşüblər. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli yolları olub.