AZ

Abbas Əraqçi: Rusiya ilə əməkdaşlığı genişləndirməliyik

BAKI, 17 avqust. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, Əraqçi şənbə günü İranın Həştərxandakı yeni konsulu ilə görüşdə Tehran və Moskva arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Moskva ilə iqtisadi, ticari, mədəni və diplomatik əlaqələrimizi gücləndirməliyik" deyən Əraqçi yeni konsulu Rusiyadakı iranlı miqrantlara xidmətlərin göstərilməsini təmin etməyə çağırıb.

Seçilən
12
49
teleqraf.com

1Mənbələr