AZ

Savaşın deyil, sülhün alovu: Azərbaycan qazı Suriyada

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu dəfə Azərbaycan qazının Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəql olunmasından bəhs olunub.

Bildirilib ki, ilkin mərhələdə ildə 1,2 milyard kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu da təxminən 5 milyon evin elektrik təminatına bərabərdir.

Vurğulanıb ki, layihə yalnız enerji ixracı deyil, həm də regionda yeni geosiyasi nizamın formalaşmasına işarədir. Azərbaycanın enerji diplomatiyası artıq Xəzərdən Avropaya deyil, eyni zamanda Yaxın Şərqə də uzanır.

Diqqətə çatdırılıb ki, Suriya uzun illərdir Rusiya və İranın təsir dairəsində olan bir dövlətdir. Bu iki ölkənin əsas enerji oyunçusu kimi çıxış etməsi fonunda Azərbaycanın regiona daxil olması yeni bir dinamika yaradır. Qərb üçün isə bu addım həm alternativ enerji mənbələrinin şaxələndirilməsi, həm də Moskva və Tehranın təsirinin azaldılması baxımından əhəmiyyət daşıyır.

Qeyd olunub ki, rəsmi müqavilələr Ankarada, texniki işlər Kilisdə, borular Hələbdə olsa da, bu layihəyə "yaşıl işıq" Xankəndidə yanıb. Qarabağın ürəyində Azərbaycan və Türkiyə prezidentlərinin birgə keçirdiyi görüşdən sonra sözügedən enerji körpüsünün taleyi həll olunub. Bu isə Azərbaycanın artan siyasi iradəsinin və Türkiyə ilə sinxron güc birliyinin göstəricisidir.

Savaşın deyil, sülhün alovu: Azərbaycan qazı Suriyada

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
50
oxu.az

10Mənbələr