AZ

Putin Trampa bu şərtlərlə müharibəni dayandırmağa söz verib-Şok detallar

Rusiya prezidenti Putin bütün Donbass ona verilərsə, “ərazi ambisiyalarını ölçüb- biçəcəyinə” söz verib.

AzPost bildirir ki, Bloomberg, Financial Times və The New York Times mənbələrinin məlumatına görə, Putin ABŞ prezidenti Trampa söz verib ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ərazilərinə nəzarəti ələ alsa Xerson və Zaporojye vilayətlərində cəbhə xəttini “dondurmağa” hazırdır.

“Financial Times” danışıqlardan xəbəri olan üç mənbəyə istinadən yazır ki, Kreml rəhbəri həmçinin bildirib ki, Rusiya daha çox ərazi ələ keçirmək üçün yeni hücumlar etməyəcək.

FT xəbər verir ki, Putin açıq şəkildə bildirib ki, o, münaqişənin “əsas səbəblərini aradan qaldırmaq” tələblərindən əl çəkmir, lakin “əsas səbəblərin” həlli ilə kifayətlənərsə, digər məsələlərdə, o cümlədən ərazi məsələlərində güzəştə getməyə hazırdır.

NYT qeyd edir ki, Putin Ukraynada hazırkı cəbhə xətti boyunca atəşkəs təklifi ilə yanaşı, bir daha “nə Ukraynaya, nə də başqa Avropa ölkəsinə” hücum etməyəcəyinə dair yazılı söz verib. Nəşr əlavə edir ki, daha sonra Trampla söhbətində Zelenski və Avropa liderləri ABŞ prezidentinə Putinin dəfələrlə verdiyi yazılı vədləri pozduğunu qeyd ediblər.

AzPost.az

Seçilən
24
50
azpost.info

10Mənbələr