“Könüllülər Koalisiyası” ölkələri liderləri bazar günü video formatda görüş keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa prezidentinin ofisi məlumat yayıb.
Görüş Britaniya, Fransa və Almaniya liderlərinin həmsədrliyində keçiriləcək.
Konfransda Ukraynada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.