Bunu Demokrat.az-a açıqlamasında Əli Zülfüqaroğlu deyib. O bildirib ki, iki lider arasında görüşün keçirilməsi ümumilikdə müsbət haldır, amma bundan sonra çox ciddi bir mərhələ var:
"Görüşdən sonra Trampın verdiyi açıqlamalara nəzər salsaq, məsələnin mahiyyətini təsəvvür edə bilərik. Tramp bildirdi ki, atəşkəs yox, birbaşa sülh lazımdır, çünki atəşkəs pozula bilər. Bu, Putinin indiyə qədər səsləndirdiyi təklifləri özündə ehtiva edir. Çünki Putin bildirib ki, atəşkəsə o halda razı ola bilər ki, atəşkəs qalıcı olsun və sülh prosesi başlasın, Ukrayna atəşkəsdən istifadə edərək silahlanıb Rusiyaya qarşı addım atmasın.

Digər tərəfdən, Tramp bildirdi ki, Zelenski ilə görüşəcək və o razı olarsa, sülh istiqamətində müəyyən proses başlana bilər. Buradan belə bir nəticə çıxır ki, Tramp Putinin təkliflərini Zelenski ilə razılaşdırmağa çalışacaq. Amma bu görüşə qədər Trampın verdiyi açıqlamalar o yöndə idi ki, ərazi mübadiləsi olmalıdır.
Əslində, "ərazi mübadiləsi" ifadəsi reallığı əks etdirmir, çünki o anlama gəlir ki, Rusiya əraziləri Ukraynada, Ukrayna ərazisi Rusiyada olmalıdır. Lakin reallıqda Rusiya əraziləri Ukraynada yoxdur deyə, "ərazi mübadiləsi" təklifi Ukraynanın güzəştlərə məcbur edilməsi anlamına gəlir".
Siyasi şərhçi qeyd edib ki, Tramp və Zelenski görüşündən sonra prosesin gedişi ilə bağlı daha aydın mənzərə yaranacaq:
"Zelenskinin atdığı addımdan asılı olaraq Ukrayna məsələsi tənzimlənəcək. Zelenskinin ərazi güzəştlərinə razılaşması mübahisəlidir. Eyni zamanda, Avropa İttifaqı və Britaniyanın Ukraynaya müharibəni davam etdirməsi ilə bağlı təzyiq göstərməsi diqqət çəkir. Artıq kifayət qədər gərgin mərhələ başlayır".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
az.trend.azHər iki tərəf bilirdi ki, Alyaska görüşündə ciddi nəticələr olmayacaq - RƏY ( 20446551)
-
bakivaxti.azTarixçi baxışı: Bu görüşün “tarixi” olub olmaması zamanla aydınlaşacaq Kənan Həmzəoğlu yazır ( 20445987)
-
redaktor.azYa Ukraynada hakimiyyət dəyişməlidir, ya da.. Politoloq ( 20445216)
-
redaktor.azVaşinqton görüşü: Ukrayna hansı seçim qarşısında qalacaq? ( 20445111)
-
redaktor.az"Ya Ukraynada hakimiyyət dəyişməlidir, ya da.." -Politoloq ( 20442099)
-
redaktor.azVaşinqton görüşü:Ukrayna hansı seçim qarşısında qalacaq? ( 20440710)
-
moderator.azAğ Evdəki görüş Ukraynanın taleyini həll edəcək – Politoloq ( 20440623)
-
modern.azPutinin Ukraynadan əsas tələbləri Siyahı YAYILDI ( 20421240)
-
demokrat.az"Bu, Putinin təkliflərini özündə ehtiva edir" — AÇIQLAMA ( 20410392)
-
nocomment.azPutinin Trampla görüşdəki bu jesti DİQQƏT MƏRKƏZİNDƏ: Kreml rəhbəri nə demək istəyib? ( 20409105)