AZ

Deputatın təşəbbüsü ilə iməcilik aksiyası keçirildi

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Xəzər dənizinin Sumqayıt Bulvarı sahilində genişmiqyaslı iməcilik aksiyası həyata keçirilib. Aksiya ətraf mühitin mühafizəsi, ictimai həmrəyliyin gücləndirilməsi və ekoloji şüurun artırılması məqsədilə təşkil olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Sumqayıt Bulvar” MMC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Regional Mərkəzi, Xəzər Humanitar Fondu, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, şəhər ictimaiyyəti, könüllülər, ekoloji fəallar və gənclər iştirak ediblər.

Tədbir zamanı mediaya açıqlama verən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, bu gün gözəl Sumqayıtın dənizkənarı ərazisində bir araya gəlməkləri təkcə iməcilik məqsədi daşımır:

“Bu, həm də şəhərimizə və təbiətimizə olan sevgimizin ifadəsidir. Sumqayıt yalnız sənaye və inkişaf şəhəri deyil, eyni zamanda parkları, yaşıllıqları, təmizliyi və dəniz sahili ilə seçilən doğma evimizdir. Biz bu gözəllikləri qorumaqla həm öz sağlamlığımızı, həm də gələcək nəsillərin rifahını təmin etmiş oluruq”.

Deputat vurğulayıb ki, təmiz və abad şəhər mühiti ictimai mədəniyyətin göstəricisidir:

“Sumqayıtın deputatı olaraq hesab edirəm ki, şəhərimizin hər guşəsinin səliqəli və təmiz saxlanılması bizim mədəni səviyyəmizi əks etdirir. Təmiz ətraf mühitdə yaşamaq hər bir vətəndaşın hüququ, onu qorumaq isə hər birimizin borcudur. Bu kimi təşəbbüslər ekoloji maariflənməyə və ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. Mən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, təşəbbüsümüzə qoşulan hər kəsə təşəkkür edir, bu cür faydalı tədbirlərin davamlı olacağına inanıram”.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru və şəhər bölməsinin sədri Mətanət Məhərrəmova isə bildirib ki, çalışdığı təşkilat hər zaman sağlam və təhlükəsiz mühitin təşviqinə, humanitar dəyərlərin qorunmasına böyük dəstək verir:

Seçilən
37
4
aznews.az

5Mənbələr