Rəsmi Kiyev Donald Trampın Ukrayna münaqişəsinin həllinə dair mövqeyi ilə razı olmadığını açıqlayıb.
Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Volodimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko deyib.
O bildirib ki, V.Zelenskinin ofisi hesab edir ki, əvvəlcə atəşkəs olmalı, yalnız bundan sonra danışıqlar aparılmalıdır.
12:35
ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski və Avropa İttifaqı ölkələri liderləri ilə telefon danışığında deyib ki, o və Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsində atəşkəsi deyil, müharibəni bitirmək üçün hərtərəfli sazişdə maraqlıdırlar.
D.Trampın telefon danışığına şahidlik etmiş mənbə əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski və Avropa liderləri arasında söhbəti heç də asan keçməyib.
11:54
Alyaskada ABŞ-Rusiya sammitindən sonra Prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri arasında apardığı telefon söhbət ümumilikdə 90 dəqiqədən çox davam edib.
Xatırladaq ki, Ağ Evin mətbuat katibi Karolin Livitt bir neçə dəqiqə əvvəl bildirmişdi ki, D.Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Volodimir Zelenskiyə, eləcə də NATO-ya üzv ölkələrin rəhbərlərinə zəng edib.
O, həmçinin qeyd edib ki, D.Trampın söhbəti uzun çəkdiyindən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına çatdıqdan sonra uzun müddət təyyarəsindən enməyib.
"Cebheinfo.az"