AZ

Oğurluq edən şəxsi diş protezləri ələ verib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oğurluq etməyə cəhd edən 62 yaşlı Lod sakini evindən çıxarkən diş protezlərini yerə atıb. DNT analizi hüquq-mühafizə orqanlarına həmin şəxsi həbs etməyə kömək edib.

Bizimyol.info xəbər verir ki, təsvir edilən hadisələr may ayında səhər saat 4:30 radələrində baş verib.

Cütlük evdə yatarkən o, oğurluq etməyə cəhd edib və qaçmaq üçün mənzilin qapısını içəridən açmağa çalışıb. Ev sahibi səs-küyü eşidib və nə baş verdiyini öyrənmək üçün qapıya gedib.

Qonaq otağında o, şübhəlinin arvadının çantasının içində nəsə axtardığını görüb. Daha sonra o, oğurunun yolunu kəsib. Mübahisə baş verib və bu zaman ev sahibi oğurluq edən şəxsin üzərindəki maskasını çıxarıb və həyat yoldaşına polisə zəng etməsini deyib.

Lakin şübhəli daha sonra qaçmaq üçün pəncərədən atılıb. Pəncərədən atlanan zaman onun ağzından çıxaraq mənzilin həyətinə düşən diş protezləri polislər təfindən aşkar edilib.

Qeyd olunur ki, həmin şəxs əvvəllər də mənzillərdən və avtomobillərdən oğurluq edib. Polis onu həbs edib və keçən həftə Lod Sülh Məhkəməsinə ittiham aktını mühakimə olunana qədər həbsdə saxlama vəsatəti təqdim edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr