Rusiya prezidenti Vladimir Putin Alyaskada ABŞ lideri Donald Tramp ilə keçirdiyi görüşdən qalib kimi qayıdıb.
News365.az xəbər verir ki, Britaniyanın Sky News telekanalının məlumatına görə, Rusiya lideri bir neçə istiqamətdə üstünlük əldə edib.
Qeyd olunur ki, Putin həm diplomatiya sahəsində, həm də sammitin mediada işıqlandırılması baxımından qalib tərəf olub. Ona həm Qərbin “rəhmindən kənarda qalmaq” barədə mifini dağıtmaq, həm də Trampın hədələdiyi sanksiyalardan yayınmaq müyəssər olub.
Sammitin özü isə bütün dünyaya güclü mesaj göndərib: ABŞ bundan sonra Ukraynaya yalnız silah satışları yolu ilə dəstək verə bilər, ancaq pulsuz hərbi yardım göstərməyəcək. Həmçinin, Vaşinqton istənilən an Kiyevə kəşfiyyat məlumatlarının verilməsini dayandıra bilər.
Bu görüş Avropa İttifaqı və Ukraynada kəskin narazılıq yaradıb.
Sky News qeyd edir ki, həm Brüssel, həm də Kiyev sammitin nəticələrindən “qəzəb içindədir” və indi daha çox özlərinə arxalanmalı olacaqlar.
Bununla belə, Aİ ritorikasını dəyişmək niyyətində deyil. Birliyin dərc etdiyi bəyanatda vurğulanır ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcək və Kiyevə silah tədarükündən imtina etməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta