"Sanderlend"in futbolçusu Dennis Çirkin Azərbaycan yığmasında çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi seçimini milli komandamızdan yana edib.

İrlandiyada doğulan D. Çirkin atası əslən Türkiyənin Hatay şəhərindəndir. O, İngiltərənin aşağı yaş komandalarında da oynayıb.

Gənc futbolçu 2021-ci ildən "Sanderlend"in formasını geyinir. O, komandasının Premyer Liqaya yüksəlməyində önəmli rol oynayıb.