AZ

Aİ-nin Alyaska sammitindən sonra mesajı: "Həyati təhlükəsizlik maraqlarımızı qorumaq vacibdir"

Avropa İttifaqı (Aİ) liderləri vurğuladılar ki, Alyaska sammitindən sonra əldə olunan istənilən diplomatik həll üçün Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qoruyan güclü təhlükəsizlik zəmanəti vacibdir.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və AB Şurasının sədri Antonio Kosta ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaska sammitindən sonra ABŞ mərkəzli X şirkətinin sosial media platformasında açıqlamalar verib.

Von der Leyen Trampa Putinlə görüşünün nəticələri barədə Aİ-ni məlumatlandırdığı üçün təşəkkür edərək, "Aİ ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və ABŞ ilə sıx əməkdaşlıq edir. Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qoruyan güclü təhlükəsizlik zəmanətləri vacibdir" dedi.

Kosta həmçinin ABŞ-ın səylərini alqışlayıb və ABŞ-ın birgə işləməyə sadiqliyini vurğulayıb. Dünən Alyaskanın Ankoric şəhərində Tramp və Putin arasında üç saatlıq görüş keçirilib.

Tramp əhəmiyyətli irəliləyiş əldə etdiklərini, lakin yekun razılığa gəlmədiklərini açıqladı.

Aİ rəhbərliyi tez-tez vurğulayır ki, Ukrayna və Avropa sülh danışıqlarında masa arxasında olmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
102
42
turkustan.az

10Mənbələr