AZ

Nüvə dövlətləri arasında qarşıdurma dövrü başa çatır - Orban

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Macarıstanın Baş naziri Viktor Orban Tramp–Putin sammitindən sonra dünyanın daha təhlükəsiz olduğunu bildirib.

TurkicWorldxəbər verir ki, Orban ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşlə bağlı sosial mediada açıqlama verib. O, illərdir iki böyük nüvə dövlətinin bir-birinə qarşı sərt mövqelər nümayiş etdirdiyini qeyd edərək, “Bu, bitdi. Bu gün dünya dünənkindən daha təhlükəsizdir”, – deyib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto da sammiti yüksək qiymətləndirərək, ABŞ və Rusiya arasında dialoqun ən yüksək səviyyədə davam etməsinin qlobal təhlükəsizliyi gücləndirəcəyini vurğulayıb. O, Ukraynada müharibənin yalnız danışıqlar və diplomatik kanallar vasitəsilə həll edilə biləcəyini bildirib.

Çexiyanın xarici işlər naziri Yan Lipavski isə Trampın sülh səylərini dəstəklədiyini qeyd edib, eyni zamanda Rusiyanın hücumlarını davam etdirməsinin sülh niyyətləri ilə ziddiyyət təşkil etdiyini söyləyib.

Qeyd edək ki, ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində Tramp və Putin arasında 3 saatlıq görüş keçirilib, tərəflər müsbət irəliləyişlər olsa da, yekun razılığa gəlmədiklərini açıqlayıb.

Seçilən
9
turkic.world

1Mənbələr