AZ

Əldə yerli məhsul, süfrədə idxal: Rusiyada brend kimi satılır, Azərbaycanda isə...

Azərbaycanın kartofu, xüsusilə Rusiyada brend məhsul kimi tanınır. Bu səbəbdən orada baha satılır. Ona görə də fermerlər üçün daxili bazar ikinci plana keçir.

2025-ci ilin ilk yarısında Azərbaycanın kartof ixracı kəskin şəkildə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyun ayları ərzində ölkədən 69 min tondan çox kartof ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım deməkdir. Dəyər baxımından isə ixrac yeddi milyon dollar artaraq 27,4 milyon ABŞ dollarına çatıb.

Həm ixrac, həm də idxal davam edir

Statistik məlumatlara nəzər salarkən əslində hər şey qaydasında kimi görünür. Həm məhsul bol olub, həm də ölkəyə əlavə valyuta daxil olub. Amma ixracla yanaşı, bu məhsulun idxalı da davam edib. Bəs ümumilikdə kartof bazarında vəziyyət necədir?

2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 min 748,6 hektar təşkil edib. Bu göstərici 2023-cü ildə 49 min 460.5, 2022-ci ildə isə 54 min 775.7 hektar olub. Ötən il ölkədə ümumilikdə 927 min 381,7 ton kartof istehsal edilib. Onun da 48,3 min tonu xaricə ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana xarici ölkələrdən 42651,4 ABŞ dolları dəyərində 149 min 206,0 ton kartof idxal edilib. Bu da kartofun orta gömrük dəyərinin təxminən 285,85 ABŞ dolları/ton (0.29 ABŞ dolları/kq – 0.49 manat) olması deməkdir. Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ən çox kartof İrandan (66 min ton), Gürcüstandan (24 min ton) və Türkiyədən (10 min ton) idxal olunub.

Xatırladaq ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton göstərilir.

Xərclərin artması maya dəyərini ciddi şəkildə artırır

Cəlilabad rayonunda kartof əkini ilə məşğul olan təcrübəli fermer Elman Mansurov bildirir ki, bu il məhsuldarlıq pis olmasa da, xərclərin artması qazancı ciddi şəkildə azaldıb: “Məhsuldarlıq əsasən toxumun keyfiyyətindən asılıdır. Məsələn, bəzi toxumlar hektara 20-25 ton məhsul verir, amma “Arizona” sortu ilə 35-40 tona qədər məhsul toplamaq olur. Lakin məsələ burasındadır ki, bu məhsulu əldə etmək üçün çəkilən xərclər illər öncəsi ilə müqayisədə dəfələrlə artıb”.

Seçilən
82
4
publika.az

10Mənbələr