AZ

Kılıçdaroğlu ölümlə hədələndi Trol savaşı başladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu ölüm təhdidləri alır.

Globalinfo.az xəbər verir ki, partiya daxilində baş verən qalmaqallı hücumlarla bağlı çoxsaylı cinayət işlərinin açıldığı bildirilir.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və CHP Başqanı Özgür Özəl tərəfindən qurulduğu iddia edilən trol şəbəkəsi yalnız siyasi rəqiblərə deyil, eyni zamanda keçmiş başqan Kılıçdaroğlu başda olmaqla CHP daxilindəki bir çox müxalif şəxsə qarşı da hücumlar təşkil edib.

38-ci Qurultayın nəticələri ilə bağlı ortaya atılan saxtakarlıq iddiaları səbəbilə məhkəmə prosesi başladıldığı bir vaxtda Kılıçdaroğluna qarşı təhqir və ölüm hədələri səsləndirən bu trol şəbəkəsinin fəaliyyəti sosial mediada ciddi reaksiya doğurub.

Qeyd olunub ki, Kılıçdaroğlu və digər hücuma məruz qalan CHP üzvlərinin, saxlanılan şübhəlilər barəsində rəsmi şəkildə hüquqi şikayət edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr