AZ

Alyaska görüşünü müzakirə etdilər

Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlar baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında yazıb.
 

Baş nazir bildirib ki, söhbət zamanı ABŞ Prezidenti Donald Trampın verdiyi məlumatlar və Alyaska görüşünün nəticələri dəyərləndirilib.


Onun sözlərinə görə, müzakirələr Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mertz, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Ciorciya Meloni və Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılıb.

Bildirilib ki, tərəflər Zelenskinin fikirlərini dinləyib, ortaq bəyanat hazırlayıblar.

Bizim.Media

Seçilən
18
7
bizim.media

8Mənbələr